site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb


  • İqtisadi
  • 3 iyun 2026
  • 42

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı və yerli istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Naxçıvan Tikiş” ASC və “Pozitif” MMC-nin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Müəssisənin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, eləcə də dövlət qurumlarının nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Kazım Hüseynəliyev, Fərid Bağırzadə və Asip Kaya son illərdə Naxçıvanda özəl sektorun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və ixracyönümlü yerli istehsalın təşviqi istiqamətində görülən işlərdən bəhs ediblər. Dövlət başçısının Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafına göstərdiyi diqqətin növbəti nümunəsi olaraq 1 yanvar 2026-cı ildən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştlərinin önəmi xüsusilə vurğulanıb və sahibkarların yaradılan bu əlverişli imkanlardan istifadə edərək fəaliyyətlərini genişləndirdikləri, eyni zamanda yeni istehsal və xidmət sahələri yaratdıqları ifadə olunub. Bildirilib ki, tekstil sahəsində yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması iqtisadi fəallığın artırılması, əhalinin məşğulluğunun təmin edilməsi və yerli məhsulların bazardakı payının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Yeni fabrik, həmçinin, Naxçıvanda qadınların məşğulluğunun artırılmasına imkan yaradır. Çıxışlarda müəssisənin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb, fabrikin muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfələr verəcəyinə əminlik ifadə olunub.

Müəssisə rəhbərliyi Naxçıvanda sahibkarlığın inkişafına göstərilən diqqət və dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib. Ardınca açılış mərasimində iştirak edən qonaqlar fabrikdə yaradılan şəraitlə tanış olub, istehsal prosesi və gələcək fəaliyyət planları barədə məlumatlandırılıblar. Müəssisədə işçilər üçün müasir iş şəraiti ilə yanaşı, onların gündəlik qidalanması üçün imkanlar da yaradılıb.

Qeyd edək ki, müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb və istehsal prosesində əsasən adıçəkilən ölkədən idxal olunan parçalardan istifadə ediləcək. Fabrikdə müxtəlif növ tekstil məhsulları istehsal ediləcəkdir ki, bu məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı da nəzərdə tutulur. Layihənin ilk mərhələsində 100 nəfərin məşğulluğunun təmin edilməsi, sonrakı mərhələdə isə işçi sayının 150 nəfərə çatdırılması planlaşdırılır.

Son xəbərlər

İqtisadi

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

  • 3 iyun 2026
  • 42
Rəsmi

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

  • 3 iyun 2026
  • 63
Rəsmi

İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

  • 26 may 2026
  • 74
İqtisadi

İstanbul və İzmirdə Naxçıvanın investisiya və ixrac imkanları təqdim olunub

  • 15 may 2026
  • 89
İqtisadi

Türkiyədə Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

  • 14 may 2026
  • 79
Rəsmi

İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

  • 12 may 2026
  • 104

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.