site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalereya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Previous Next

Nazir Kazım Hüseynəliyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb


  • İqtisadi
  • 14 oktyabr 2026
  • 64

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Kazım Hüseynəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən muxtar respublikanın ümumi inkişafına, o cümlədən özəl sektora böyük diqqət və qayğı göstərilir. Bu xüsusda 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvanda sahibkarlara 10 il müddətinə tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri, yük daşımalarında nəqliyyat subsidiyaları, kənd təsərrüfatı sahəsi üzrə subsidiyalar, həmçinin dövlət başçısının cari ilin 11 avqust tarixində Naxçıvana səfəri çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması regionda iqtisadi inkişafın dayanıqlılığının təmin olunması, yeni investisiyaların cəlbi və istehsal imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Kazım Hüseynəliyev Naxçıvanın əsas makroiqtisadi göstəriciləri barədə məlumat verərək bildirib ki, muxtar respublikada iqtisadi fəallığın artırılması, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı, investisiyaların təşviqi və ixrac imkanlarının genişləndirilməsi nəticəsində makroiqtisadi göstəricilərdə ötən illə müqayisədə artım müşahidə olunub.

Nazir Kazım Hüseynəliyev sənaye, kənd təsərrüfatı, bərpa olunan enerji və logistika sahələrində muxtar respublikanın mövcud potensialından danışaraq, Zəngəzur dəhlizinin Naxçıvanın tranzit və logistika imkanlarının genişləndirilməsi, regional ticarət əlaqələrinin inkişafı və yeni investisiya imkanlarının formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

Sunniya Durrani-Camal muxtar respublikanın iqtisadi mənzərəsi haqqında verilən ətraflı məlumata görə təşəkkür edib və Azərbaycanda müxtəlif sahələrdə reallaşdırılan layihələrdə Asiya İnkişaf Bankının (ADB) iştirakını qeyd edib. Bankın dəstəklədiyi prioritet istiqamətlərin Naxçıvanın inkişaf prioritetləri ilə uzlaşdığını bildirərək, muxtar respublikada perspektiv layihələrin maliyyələşdirilməsi və qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi imkanlarından danışıb. O, Asiya İnkişaf Bankının (ADB) Naxçıvanda reallaşdırılması planlaşdırılan layihələr üzrə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Son xəbərlər

İqtisadi

Nazir Kazım Hüseynəliyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

  • 14 oktyabr 2026
  • 64
Elanlar

Kəngərli rayonunda vətəndaş qəbulu keçiriləcək

  • 13 oktyabr 2026
  • 48
İqtisadi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev “Ləzzət Qida Sənaye” MMC-nin müəssisələrinin fəaliyyətinə bax...

  • 12 oktyabr 2026
  • 73
Tədbirlər

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər müzakirə olunub

  • 9 oktyabr 2026
  • 33
İqtisadi

Nazir Kazım Hüseynəliyev “Voljsky Abraziv Zavodu” ASC-nin və “Zenith Group” MMC-nin rəhbərləri ilə g...

  • 8 oktyabr 2026
  • 92
İqtisadi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Adrien Kiralinin rəhbərlik etdiyi nümayənd...

  • 29 sentyabr 2026
  • 93

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalereya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.