site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla

Tabeçİlİk

Tarİxİ

Mİssİya və vİzyon

Struktur

Müşahİdə şurası

İdarə Heyətİ

Malİyyə hesabatları

İllİk hesabatlar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi haqqında


İqtisadiyyat Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən struktur islahatlarının mühüm mərhələlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, dövlət strukturları dünya təcrübəsinə uyğunlaşdırılıb, ümumi inkişafa xidmət edən qurumlar yaradılıb. Ulu öndər Heydər Əliyevin 2001-ci il 30 aprel tarixli Fərmanına əsasən Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti, Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilib, onların bazasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yaradılıb.


Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 may tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ləğv edilərək onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 10 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilərək vəzifə və funksiyaları Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 14 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq olunub.


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri 29 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əsasnaməsinin və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.


İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, iqtisadiyyatın struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, istehlak bazarında qiymətlərə nəzarət, dövlət satınalmaları, xarici ticarət əlaqələri, sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.


Naxçıvan Muxtar Respublikası İqdisadiyyat Nazirliyi ➔

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri

  • Telefon

    (036) 544 00 52

  • Epoçt

    info@nedf.gov.az

© Copyright 2025 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.