Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Rusiyada fəaliyyət göstərən “Voljsky Abraziv Zavodu” ASC-nin baş direktoru Sergey Kostrov, eləcə də “Zenith Group” MMC-nin təsisçisi və direktoru Nigar Əskərova, həmçinin adıçəkilən şirkətlərin nümayəndələri ilə görüşüb.
Görüşdə “Voljsky Abraziv Zavodu” ASC-nin və “Zenith Group” MMC-nin fəaliyyəti və həyata keçirdikləri layihələr barədə məlumat verilib. Muxtar respublikada yeni investisiya layihəsinin reallaşdırılması imkanları və sənaye sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir Kazım Hüseynəliyev Naxçıvanda sənaye istehsalının genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və ixracyönümlü müəssisələrin yaradılmasının əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, muxtar respublikada investorlar üçün yaradılan əlverişli biznes mühiti, tətbiq olunan güzəştlər və dövlət dəstəyi mexanizmləri yeni layihələrin reallaşdırılmasına imkan yaradır. Bu xüsusda, 11 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan Naxçıvan Sənaye Parkının önəmi vurğulanıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
