site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalereya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Previous Next

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin 9 aylıq yekunları müzakirə olunub


  • İqtisadi
  • 23 oktyabr 2026
  • 52

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondunun cari ilin 9 ayı ərzində həyata keçirdiyi fəaliyyətin nəticələri, sahibkarlığın inkişafı istiqamətində görülən işlər, rəqəmsal yeniliklər və qarşıda duran vəzifələr müzakirə olunub.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev sahibkarlığın inkişafının iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması, investisiya imkanlarının genişləndirilməsi və regionun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir Fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, sahibkarlara göstərilən dəstək mexanizmlərinin təkmilləşdirilməsinin və müasir idarəetmə yanaşmalarının tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Vüsal Novruzov Fondun cari ilin ilk 9 ayı üzrə fəaliyyətinə dair hesabatla çıxış edib. Çıxışda hesabat dövründə görülmüş işlər, sahibkarlara verilən güzəştli kreditlər, sahibkarlığın dəstəklənməsi istiqamətində əldə olunan nəticələr və fəaliyyətin prioritet istiqamətləri barədə məlumat verilib. Eyni zamanda, qarşıdakı dövrdə görülməsi nəzərdə tutulan işlər və mövcud imkanlardan daha səmərəli istifadə məsələləri diqqətə çatdırılıb.

İclas çərçivəsində OMS platforması üzrə yeni istifadəyə verilmiş proqram təminatının təqdimatı keçirilib. Təqdimat zamanı proqram təminatının imkanları, iş proseslərinin optimallaşdırılması, məlumatların emalının və idarə edilməsinin təkmilləşdirilməsi, eləcə də rəqəmsal həllərin Fondun gündəlik fəaliyyətində tətbiqi məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, rəqəmsallaşmanın genişləndirilməsi, iş proseslərində operativliyin və şəffaflığın artırılması, idarəetmədə müasir texnologiyalardan istifadənin gücləndirilməsi, fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasın yekununda iqtisadiyyat naziri Kazım Hüseynəliyev müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar verib. Nazir qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsinin, rəqəmsal yeniliklərin fəaliyyətə səmərəli inteqrasiyasının, sahibkarlara göstərilən dəstəyin daha da təkmilləşdirilməsinin, sahibkarların maliyyə resurslarına əlçatanlığının artırılmasının və Fondun fəaliyyətində nəticəyönümlü yanaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

İqtisadi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti...

  • 23 oktyabr 2026
  • 52
Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirliyin inzibati binasında vətəndaşları qəbul edib

  • 23 oktyabr 2026
  • 67
İqtisadi

İqtisadiyyat Nazirliyində tekstil sənayesinin inkişaf perspektivləri müzakirə olunub

  • 23 oktyabr 2026
  • 35
Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Kəngərli rayonunda vətəndaşları qəbul edib

  • 22 oktyabr 2026
  • 43
İqtisadi

Nazir Kazım Hüseynəliyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

  • 14 oktyabr 2026
  • 80
Elanlar

Kəngərli rayonunda vətəndaş qəbulu keçiriləcək

  • 13 oktyabr 2026
  • 65

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalereya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.