site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

Naxçıvanda yeni tekstil istehsalı müəssisəsi istifadəyə verilib


  • İqtisadi
  • 30 iyun 2026
  • 233

İyunun 30-da Naxçıvan şəhərində “GB GROUP” MMC-nin yeni tekstil istehsalı müəssisəsinin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, eləcə də dövlət qurumlarının nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyin nəticəsi olaraq, bu gün muxtar respublikada özəl sektorun inkişaf etdiyini, yeni iş yerlərinin yaradıldığını və sahibkarlıq mühitinin daha da təkmilləşdirildiyini bildiriblər. Qeyd olunub ki, cari ilin 1 yanvarından tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri muxtar respublikada sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır, istehsalın genişləndirilməsini, müasir texnologiyaların tətbiqini və rəqabətqabiliyyətli məhsul istehsalını təşviq edir.

Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının qeyri-neft məhsullarının ixrac potensialının artırılmasına, logistika xərclərinin azaldılmasına və sahibkarlığa göstərilən dövlət dəstəyinin daha da genişləndirilməsinə xidmət etməklə yanaşı, Naxçıvanda istehsal olunan məhsulların ölkənin digər ərazilərinə daşınmasına əlavə dəstək imkanları yaratdığı ifadə olunub.

Çıxışlarda, həmçinin tekstil sənayesinin qadın məşğulluğunun artırılmasında mühüm rol oynadığı, layihədə Türkiyədən olan investorun iştirakının Naxçıvanın xarici investisiyalar üçün cəlbedici məkan olduğunu bir daha təsdiqlədiyi qeyd edilib və müəssisənin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Müəssisə rəhbərliyi Naxçıvanda sahibkarlığın inkişafına göstərilən diqqət və dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib. Ardınca açılış mərasimində iştirak edən qonaqlar müəssisədə yaradılan şəraitlə tanış olub, istehsal prosesi və gələcək fəaliyyət planları barədə məlumatlandırılıblar. Müəssisədə işçilər üçün müasir iş şəraiti ilə yanaşı, onların gündəlik qidalanması üçün imkanlar da yaradılıb.

Məlumat verilib ki, 2025-ci ilin dekabr ayında verilmiş investisiya təşviqi sənədi çərçivəsində müəssisəyə 4 təsdiqedici sənəd təqdim olunub. Bunun hesabına Çin və Türkiyədən müasir istehsal avadanlıqları, xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad şəkildə idxal edilib.

Müəssisədə ilkin mərhələdə 100-ə yaxın daimi iş yeri yaradılıb. Burada istehsal olunacaq tekstil məhsullarının ölkədaxili bazarda satışı ilə yanaşı, xarici bazarlara da ixrac olunması nəzərdə tutulur. Gələcəkdə isə istehsal həcminin artırılması, məhsul çeşidinin genişləndirilməsi, ixrac imkanlarının inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması planlaşdırılır.


Son xəbərlər

Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubadda vətəndaşları qəbul edib

  • 14 avqust 2026
  • 240
Rəsmi

Nazir Kazım Hüseynəliyevin Ordubad rayonundakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

  • 7 avqust 2026
  • 223
İqtisadi

İqtisadiyyat Nazirliyində quşçuluq sənayesinin inkişaf perspektivləri müzakirə olunub

  • 30 iyul 2026
  • 258
Rəsmi

Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

  • 30 iyul 2026
  • 252
İqtisadi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində “Marsol Group” partnyorları ilə görüş keçiril...

  • 25 iyul 2026
  • 239
Tədbirlər

İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib

  • 24 iyul 2026
  • 266

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.