site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

İstanbul və İzmirdə Naxçıvanın investisiya və ixrac imkanları təqdim olunub


  • İqtisadi
  • 15 may 2026
  • 271

Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti mayın 14–15-də İstanbul və İzmir şəhərlərində görüşlərini davam etdirib.

Səfər Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə baş tutub.

Nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev yer alıb.

Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti İstanbul valisi Davut Gül və İzmir valisinin müavini Nusret Şahin ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.


Həmçinin İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvan və Ege Bölgəsi Sənaye Palatası İdarə Heyətinin sədri Ender Yorgancı ilə görüşlər keçirilib.


İstanbul Sənaye Palatasında və Ege Bölgəsi Sənaye Palatasında “Azərbaycan İnvestisiya İmkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbirlər təşkil olunub.

Sözügedən tədbirlərdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı, Naxçıvanın strateji mövqeyi, investisiya və ixrac potensialı, investorlar üçün yaradılan güzəştlər və yeni imkanlar barədə məlumat veriblər. Həmçinin Zəngəzur dəhlizi və yeni logistika imkanlarının iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyi qeyd edilib.

Həmçinin tədbirlər çərçivəsində “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri”, eləcə də “Naxçıvan bölgəsinin strateji üstünlükləri”, “Naxçıvanda tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri” barədə təqdimatlar keçirilib.

Türk iş adamları ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubadda vətəndaşları qəbul edib

  • 14 avqust 2026
  • 245
Rəsmi

Nazir Kazım Hüseynəliyevin Ordubad rayonundakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

  • 7 avqust 2026
  • 223
İqtisadi

İqtisadiyyat Nazirliyində quşçuluq sənayesinin inkişaf perspektivləri müzakirə olunub

  • 30 iyul 2026
  • 258
Rəsmi

Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

  • 30 iyul 2026
  • 252
İqtisadi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində “Marsol Group” partnyorları ilə görüş keçiril...

  • 25 iyul 2026
  • 239
Tədbirlər

İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib

  • 24 iyul 2026
  • 266

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.