site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

Şərurda sahibkarlarla iqtisadi imkanlar müzakirə olunub


  • Rəsmi
  • 17 oktyabr 2025
  • 76

Oktyabrın 17-də Şərur şəhərində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləsahibkarlarla görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, fermerlər, bank sektorunun təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açılış nitqi ilə çıxış edərək rayonun sosial-iqtisadi inkişafının mövcud vəziyyətindən danışıb. İcra başçısı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində Şərur rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, xüsusilə kənd təsərrüfatı sahəsində mühüm nailiyyətlər əldə olunub.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Ümumi iqtisadi mənzərə və perspektivlər” mövzusunda çıxış edərək bildirib ki, hazırkı dövrdə iqtisadi inkişafın əsas elementləri dayanıqlılığın təmin olunması, innovasiyaların tətbiqi və rəqabət qabiliyyətinin artırılmasıdır. Nazir vurğulayıb ki, muxtar respublikada iqtisadiyyat müxtəlif sahələrdə uğurla inkişaf edir və bu inkişafın davamlı olması üçün sahibkarların rolu xüsusi əhəmiyyət daşıyır. Kazım Hüseynəliyev sahibkarları regionun iqtisadi potensialından və dövlətin təklif etdiyi dəstək alətlərindən səmərəli istifadə etməyə, yeni investisiya layihələri icra etməkdə fəal olmağa, eləcə də mövcud fəaliyyətlərini genişləndirməyə çağırıb. Nazir qeyd edib ki, qarşıda duran əsas vəzifə regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsidir və bu hədəfə dövlət və özəl sektorun sıx əməkdaşlığa ilə nail olmaq olar.

Ardınca Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Vüsal Novruzov “Mövcud maliyyələşmə imkanları” mövzusunda çıxış edərək, sahibkarlara təqdim olunan güzəştli kreditlər, dövlət dəstəyi mexanizmləri və yeni layihələr haqqında danışıb.

Tədbirdə çıxış edən sahibkar Yusif Quliyev öz fəaliyyəti barədə məlumat verib, ötən dövrdə Sahibkarlığın İnkişafı Fondunun güzəştli maliyyə vəsaitlərindən faydalandığını diqqətə çatdırıb və dövlətin iş adamlarına yaratdığı imkanlara görə minnətdarlığını bildirib.

Tədbirin təqdimatlar bölməsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən regionun potensialına uyğun investisiya layihələri, ixrac imkanları, dəstək mexanizmləri və güzəştli kreditlərin verilməsi qaydaları ilə bağlı geniş təqdimatlar edilib.

Tədbirin sonunda keçirilən “Açıq mikrofon” müzakirəsində sahibkarlar və iştirakçılar dövlət qurumlarının nümayəndələrinə birbaşa suallar ünvanlayıb, fikirlərini bölüşüblər. Dövlət qurumlarının nümayəndələri tərəfindən suallar cavablandırılıb və müvafiq izahlar verilib.

Son xəbərlər

Tədbirlər

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tə...

  • 7 dekabr 2025
  • 58
Rəsmi

Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib

  • 4 dekabr 2025
  • 121
İqtisadi

Naxçıvandan Türkiyəyə ixracın həcmi 24,8 faiz artıb

  • 4 dekabr 2025
  • 76
İqtisadi

Sahibkarlığın İnkişafı Fondu sahibkarlara 12 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstər...

  • 17 noyabr 2025
  • 56
İqtisadi

Naxçıvanda güzəştli kreditlərin 70,5 faizi regionların payına düşüb

  • 17 noyabr 2025
  • 89
Tədbirlər

Şahbuz Rayonunda sahibkarlarla görüş keçiriləcək

  • 24 noyabr 2025
  • 79

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri

  • Telefon

    (036) 544 00 52

  • Epoçt

    info@nedf.gov.az

© Copyright 2025 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.