site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Previous Next

Naxçıvandan Türkiyəyə ixracın həcmi 24,8 faiz artıb


  • İqtisadi
  • 4 dekabr 2025
  • 122

2025-ci ilin 10 ayı ərzində Türkiyə ilə muxtar respublika arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 47,8 milyon ABŞ dolları təşkil edib.

Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıb. Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutaraq 46,5 faizlik paya malik olub.

Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik və travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq və kənd təsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.

Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük hissəsini Türk şirkətləri təşkil edir. Hazırda muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində Türk iş adamları ilə birgə yaradılmış sahibkarlıq subyektləri aktiv fəaliyyət göstərir.

Sahibkarlığın İnkişafı Fondu, eləcə də sahibkarların şəxsi təşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında kiçik, orta və böyük həcmli çoxsaylı layihələrin icrasına start verilib.


Cari ilin 11 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək verilərək 22 milyon manatdan çox güzəştli kredit ayrılıb. Verilmiş kreditlər hesabına yeni iş yerlərinin təsis olunması imkanı yaranıb ki, bu da sosial rifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına töhfə verir.

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər paketi hazırlanıb. Güzəştlərin 2026-cı ilin yanvarından tətbiqi nəzərdə tutulur.

Bu paket regionda fəaliyyət göstərən iş adamları üçün əlavə üstünlüklər yaradacaq, həm istehsal, həm də ixrac imkanlarını genişləndirərək daha rəqabətqabiliyyətli biznes mühiti formalaşdıracaq.

Son xəbərlər

Tədbirlər

Naxçıvanda biznes üçün yeni güzəştlər müzakirə olunub

  • 17 yanvar 2026
  • 66
Rəsmi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib

  • 15 yanvar 2026
  • 51
Tədbirlər

Naxçıvanda sahibkarlarla açıq müzakirələr edilib

  • 27 dekabr 2025
  • 120
Tədbirlər

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələri Ordubad şəhər tam orta inter...

  • 25 dekabr 2025
  • 144
Rəsmi

İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

  • 26 dekabr 2025
  • 88
İqtisadi

Naxçıvanda güzəştli maliyyələşmə 4,6 dəfə artıb

  • 22 dekabr 2025
  • 118

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri

  • Telefon

    (036) 544 00 52

  • Epoçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.