site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

Naxçıvanda biznes üçün yeni güzəştlər müzakirə olunub


  • Tədbirlər
  • 17 yanvar 2026
  • 267

Yanvarın 16-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvanda vergi, gömrük və sosial sığorta güzəştləri: Biznes üçün yeni imkanlar” mövzusunda tədbir keçirilib.

Tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə tətbiq olunan və yeni nəzərdə tutulan vergi, gömrük və sosial sığorta güzəştləri barədə dövlət qurumlarının nümayəndələrini və iş adamlarını məlumatlandırmaq, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri və mövcud imkanları müzakirə etmək olub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikada biznes və investisiya mühiti yaxşılaşdırılır, sahibkar-dövlət münasibətləri inkişaf etdirilir. Nazir sözügedən güzəştlərin, dövlət başçısının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsi olduğunu, iş adamlarına bizneslərini genişləndirmək, yeni uğurlara imza atmaq və muxtar respublikanın iqtisadi inkişafına töhfə vermək üçün geniş imkanlar açdığını qeyd edib. Kazım Hüseynəliyev diqqətə çatdırıb ki, 2025-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı, sənaye məhsulu istehsalı, əsas kapitala yönəldilən investisiyalar, pərakəndə ticarət dövriyyəsi, əhaliyə göstərilən ödənişli xidmətlər və nəqliyyat sektorunda yükdaşımaların həcmində 2024-cü illə müqayisədə artım qeydə alınıb. Həmçinin ixrac coğrafiyası 2024-cü ildə 13 ölkədən 2025-ci ildə 15 ölkəyədək artıb və ixracın həcmi də 28,4 faiz artaraq 13,6 milyon ABŞ dolları təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Tural Abdulzadə isə muxtar respublikada vergi inzibatçılığının təkmilləşdirilməsi, şəffaflığın artırılması və sahibkarlarla qarşılıqlı əməkdaşlıq barədə danışıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Sahibkarlıq subyektləri ilə iş və beynəlxalq təcrübələrin öyrənilməsi idarəsinin rəisi Əhməd Əhmədov vergi sahəsində aparılan islahatlar, beynəlxalq təcrübələr və sahibkarlar üçün yaradılan təşviq mexanizmlərinə dair çıxış edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov isə biznes ictimaiyyətinin mövqeyini ifadə edərək güzəştlərin real sektora təsiri və sahibkarlar üçün açılan yeni perspektivlər barədə fikirlərini bölüşüb.

Daha sonra 2026-cı ilin 1 yanvar tarixindən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov tərəfindən təqdimat nümayiş etdirilib.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən panel sessiyasında müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların sualları cavablandırılıb, güzəştlərin praktik tətbiqi ilə bağlı onlara ətraflı izahlar verilib.

Son xəbərlər

Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Culfada vətəndaşları qəbul edib

  • 23 iyun 2026
  • 54
İqtisadi

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

  • 3 iyun 2026
  • 95
Rəsmi

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

  • 3 iyun 2026
  • 107
Rəsmi

İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

  • 26 may 2026
  • 113
İqtisadi

İstanbul və İzmirdə Naxçıvanın investisiya və ixrac imkanları təqdim olunub

  • 15 may 2026
  • 132
İqtisadi

Türkiyədə Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

  • 14 may 2026
  • 110

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.