site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalereya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

Naxçıvan Sənaye Parkının təqdim etdiyi biznes imkanları sahibkarların diqqətinə çatdırılıb


  • İqtisadi
  • 11 fevral 2026
  • 265

Fevralın 10-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sahibkarlarla görüş keçirilib.

Tədbirin əsas məqsədi Naxçıvan Sənaye Parkı barədə sahibkarları ətraflı məlumatlandırmaq, parkın təqdim etdiyi investisiya imkanlarını, tətbiq olunan güzəşt mexanizmlərini və biznes perspektivlərini diqqətə çatdırmaq olub.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev muxtar respublikada sahibkarlığın inkişafı, sənayeləşmənin sürətləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Nazir Naxçıvan Sənaye Parkının regionda istehsalın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və ixracyönümlü məhsul istehsalının təşviqi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin fəaliyyət istiqamətləri, investisiya təşviqləri, rezidentlər üçün yaradılan imkanlar və dövlət–özəl sektor tərəfdaşlığı mexanizmləri barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Regionların inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar qeyri-neft sektorunun və sənayeləşmənin inkişafına, regionlarda real sektorun genişlənməsinə xidmət edir.

Sonda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Emil Hacıyev tərəfindən “Naxçıvan Sənaye Parkında biznes imkanları” mövzusunda təqdimat edilib. Təqdimatda həmçinin rezidentlər üçün tətbiq edilən investisiya təşviqləri, vergi və gömrük güzəştləri, ixracyönümlü istehsalın stimullaşdırılması imkanları diqqətə çatdırılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, sahibkarların sualları cavablandırılıb və Naxçıvan Sənaye Parkında fəaliyyət göstərmək niyyətində olan biznes subyektləri üçün maraq doğuran məsələlər müzakirə olunub.

Son xəbərlər

İqtisadi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev “Prestij-Naxçıvan Pivəsi” MMC və “Güvən Qida” MMC-nin fəaliyy...

  • 14 sentyabr 2026
  • 18
İqtisadi

Maliyyələşdirilmiş kreditlər hesabına 154 yeni iş yerinin yaradılması imkanları mövcud olacaq

  • 25 avqust 2026
  • 72
İqtisadi

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr...

  • 25 avqust 2026
  • 82
Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubadda vətəndaşları qəbul edib

  • 14 avqust 2026
  • 302
Rəsmi

Nazir Kazım Hüseynəliyevin Ordubad rayonundakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

  • 7 avqust 2026
  • 266
İqtisadi

İqtisadiyyat Nazirliyində quşçuluq sənayesinin inkişaf perspektivləri müzakirə olunub

  • 30 iyul 2026
  • 309

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalereya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.