site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbir keçirilib


  • Rəsmi
  • 7 oktyabr 2025
  • 143

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət sərhədlərinin bərpası və suverenliyimizin təmin edilməsində cənab İlham Əliyevin çətin və şərəfli yolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıb. Kazım Hüseynəliyev iqtisadi müstəqilliyin əldə olunması, sahibkarlığın inkişafı, özəl sektorun formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu, həmçinin bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, sahibkarlığa dəstək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və digər həyata keçirilən islahatlar barədə məlumat verib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım olduğunu vurğulayıb. Ölkəmizin konstitusion inkişaf yolu və dövlət suverenliyi sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətindən danışıb. Vurğulayıb ki, Ümummilli Lider müstəqil Azərbaycanın qanunvericilik sisteminin formalaşmasında həlledici rol oynayıb və milli hüquqi dövlətçiliyin əsasını qoyub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquq sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Tədbirdə “Dövlət sərhədlərinin bərpası və suverenliyimizin təmin edilməsində cənab İlham Əliyevin çətin və şərəfli yolu” haqqında videoçarx nümayiş olunub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 23 iyun 2025-ci il tarixli "Dövlət qulluqçularının təltif edilməsi haqqında" və 21 iyul 2025-ci il tarixli “Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamlarına əsasən “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarına nişan və vəsiqələr təqdim edilib.

Son xəbərlər

Tədbirlər

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tə...

  • 7 dekabr 2025
  • 56
Rəsmi

Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib

  • 4 dekabr 2025
  • 121
İqtisadi

Naxçıvandan Türkiyəyə ixracın həcmi 24,8 faiz artıb

  • 4 dekabr 2025
  • 76
İqtisadi

Sahibkarlığın İnkişafı Fondu sahibkarlara 12 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstər...

  • 17 noyabr 2025
  • 56
İqtisadi

Naxçıvanda güzəştli kreditlərin 70,5 faizi regionların payına düşüb

  • 17 noyabr 2025
  • 89
Tədbirlər

Şahbuz Rayonunda sahibkarlarla görüş keçiriləcək

  • 24 noyabr 2025
  • 79

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Heydər Əliyev prospekti 6 Naxçıvan şəhəri

  • Telefon

    (036) 544 00 52

  • Epoçt

    info@nedf.gov.az

© Copyright 2025 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.