Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri muxtar respublikanın bütün rayonlarını əhatə etməklə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə yönəldilib.
2025-ci ilin yanvar–noyabr aylarında maliyyələşdirilmiş layihə sayının 72,6 faizi kənd təsərrüfatı, 17 faizi xidmət, 10,4 faizi isə sənaye sahələrinə yönəldilib.
Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 93,3 faizi, güzəştli kredit məbləğinin isə 69,8 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
