site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Previous Next

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov : Güzəştli kreditlərin illik faiz dərəcəsi heç vaxt 5 faizdən yuxarı olmur - MÜSAHİBƏ


  • İqtisadi
  • 21 noyabr 2025
  • 306

Sahibkarlığın İnkişafı Fondu haqqında qısaca məlumat verərdiniz ?

Vüsal Novruzov: Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərməklə muxtar respublikada sahibkarlığın dəstəklənməsi və real sektorun inkişafı məqsədilə yaradılmış dövlət qurumudur. Onun missiyası region iqtisadiyyatının, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaqdır. Fondun əsas funksiyası isə prioritet sahələr üzrə sahibkarların layihələrinin maliyyələşdirilməsini güzəştli şərtlərlə təmin etməkdir.

Güzəştli kreditləri adi bank kreditlərindən fərqləndirən əsas məqamlar hansılardır?

Vüsal Novruzov: Güzəştli kreditlərin kommersiya kreditlərindən əsas fərqləri üç istiqamətdə özünü göstərir.

Birincisi faiz dərəcəsinin daha aşağı olmasıdır. Yəni, güzəştli kreditlər dövlət dəstəyi ilə verildiyi üçün onların illik faiz dərəcələri adi kommersiya kreditləri ilə müqayisədə xeyli aşağıdır. Güzəştli kreditlərin illik fazi dərəcəsi 5%-dir. Bu, sahibkarın maliyyə yükünün azalmasına və layihəni daha rahat reallaşdırmasına şərait yaradır.

İkincisi kreditin daha uzun müddətə verilməsidir. Yəni, Fondun güzəştli kreditləri uzunmüddətli inkişaf layihələrini dəstəkləmək məqsədi daşıdığından kreditlərin müddəti adi bank kreditləri ilə müqayisədə daha uzun olur. Qeyd etmək lazımdır ki, layihənin məzmunundan və istiqamətindən asılı olaraq maksimal kredit müddəti 10 ildir.

Üçüncüsü isə güzəşt müddətinin təqdim edilməsidir. Belə izah edə bilərik ki, güzəştli kreditlərin mühüm üstünlüklərindən biri də güzəşt müddətinin verilməsidir. Sahibkar layihəsini reallaşdırdığı ilk vaxtlarda maliyyə yükü çox olmasın deyə əsas borcun ödənişinə verilən güzəşt müddəti təyin edilir. Bu müddət ümumi kredit müddətinin yarısınadək nəzərdə tutula bilər.

Qeyd etdiniz ki, fazi dərəcələri 5%-dir, bəs bu, kredit müddətindən asılı olaraq necə dəyişir?

Vüsal Novruzov: Fondun güzəştli kreditlərinin illik faiz dərəcəsi kreditin həcmindən, müddətindən asılı olmayaraq 5%-ə qədər müəyyən olunur. Yəni heç bir halda Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilən güzəştli kreditlər 5%-dən yuxarı ola bilməz.

Maliyyələşdirmədə SİF-in prioritet sahələri hansılardır?

Vüsal Novruzov: Sənaye, kənd təsərrüfatı və xidmət sektorları üzrə xüsusilə istehsal və emal yönümlü fəaliyyət sahələri Fondun prioritet istiqamətlərini təşkil edir. Bundan əlavə, regional iqtisadiyyatın inkişafını dəstəkləyən layihələr də prioritet hesab olunur. Şərur Sənaye Məhəlləsi və Naxçıvan Sənaye Parkı çərçivəsində həyata keçiriləcək layihələr də fond tərəfindən üstünlük verilən layihələr olacaqdır. Qeyd edim ki, hər il bu sahələr iqtisadiyyatın prioritetləri və regional faktorlar nəzərə alınaraq yenilənir.

Kredit müraciətlərinə imtina cavabı hansı hallarda verilir?

Vüsal Novruzov: Müraciətlər layihədə müəyyən olunmuş prioritet istiqamətlərə uyğun gəlmədikdə, təhlil zamanı layihənin iqtisadi səmərəliliyi qənaətbəxş qiymətləndirilmədikdə imtina edilə bilər.

Kredit vəsaitinin istifadəsi üzrə sui-istifadə hallarının aşkarlanması halında da imtina olur.

Son xəbərlər

Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Culfada vətəndaşları qəbul edib

  • 23 iyun 2026
  • 54
İqtisadi

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

  • 3 iyun 2026
  • 95
Rəsmi

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

  • 3 iyun 2026
  • 107
Rəsmi

İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

  • 26 may 2026
  • 113
İqtisadi

İstanbul və İzmirdə Naxçıvanın investisiya və ixrac imkanları təqdim olunub

  • 15 may 2026
  • 132
İqtisadi

Türkiyədə Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

  • 14 may 2026
  • 110

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.