site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalereya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Previous Next

İqtisadiyyat Nazirliyində quşçuluq sənayesinin inkişaf perspektivləri müzakirə olunub


  • İqtisadi
  • 30 iyul 2026
  • 339

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində quşçuluq sənayesinin inkişafı perspektivlərinin və bu sahədəki istehsal potensialından səmərəli istifadə olunması imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, kənd təsərrüfatı naziri Rafail Quliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Bayandur Rzayev, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli, həmçinin quşçuluq müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.

Görüş çərçivəsində muxtar respublikada yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının mövcud vəziyyəti və bu sahədə istehsal imkanlarının reallaşdırılması üçün görülə biləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında quşçuluq sahəsinin inkişafı əhalinin keyfiyyətli ərzaq məhsulları ilə dayanıqlı təmin olunması ilə yanaşı, regionda məşğulluğun artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biridir.

Müzakirələr zamanı həmçinin, sahibkarların təklifləri dinlənilib, sahənin inkişafı ilə bağlı atıla biləcək addımlar nəzərdən keçirilib.

Daha sonra muxtar respublikada mövcud olan yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarına baş çəkilərək mövcud infrastruktur və istehsal gücləri ilə yerində tanışlıq həyata keçirilib.


Son xəbərlər

İqtisadi

Maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur

  • 28 oktyabr 2026
  • 38
İqtisadi

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin...

  • 28 oktyabr 2026
  • 45
Tədbirlər

İqtisadiyyat Nazirliyində YAP-ın VIII Qurultayının yekunları müzakirə edilib

  • 27 oktyabr 2026
  • 51
İqtisadi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev bir sıra yerli istehsal müəssisələrinin fəaliyyətlərinə baxış...

  • 26 oktyabr 2026
  • 69
İqtisadi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti...

  • 23 oktyabr 2026
  • 72
Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirliyin inzibati binasında vətəndaşları qəbul edib

  • 23 oktyabr 2026
  • 86

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalereya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.