site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalereya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Previous Next

Davamlı İnkişaf Məqsədləri üzrə növbəti tədbir “ASAN xidmət” mərkəzində keçirilib


  • İqtisadi
  • 8 may 2026
  • 259

“Birgə DİM Lokallaşdırılması Təşəbbüsü” çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş növbəti tədbir mayın 8-də Naxçıvan “ASAN xidmət” mərkəzində təşkil olunub.

Tədbirin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi barədə məlumatlılığın artırılması olub.

Tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliklərinin əməkdaşları, muxtar respublikanın digər dövlət və özəl sektorlarının nümayəndələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov tədbirdə çıxış edərək Davamlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqinin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas vəzifələrdən danışıblar. Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinin sosial-iqtisadi inkişaf strategiyalarına inteqrasiyasının vacibliyi vurğulanıb, dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Bildirilib ki, DİM-lərin lokallaşdırılması regionların potensialından daha səmərəli istifadə edilməsinə, inklüziv inkişafın təmin olunmasına və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi, sahibkarlığın təşviqi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olunub.

Tədbir çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən regionların sosial-iqtisadi inkişafı, DİM-lərin lokallaşdırılmasının məqsədi, prinsipləri və faydalarına dair təqdimatlar keçirilib, beynəlxalq təcrübə əsasında yerli səviyyədə tətbiq mexanizmləri müzakirə olunub.

Son xəbərlər

İqtisadi

Maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur

  • 28 oktyabr 2026
  • 38
İqtisadi

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin...

  • 28 oktyabr 2026
  • 45
Tədbirlər

İqtisadiyyat Nazirliyində YAP-ın VIII Qurultayının yekunları müzakirə edilib

  • 27 oktyabr 2026
  • 51
İqtisadi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev bir sıra yerli istehsal müəssisələrinin fəaliyyətlərinə baxış...

  • 26 oktyabr 2026
  • 69
İqtisadi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti...

  • 23 oktyabr 2026
  • 72
Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirliyin inzibati binasında vətəndaşları qəbul edib

  • 23 oktyabr 2026
  • 86

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalereya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.