site title image
  • Əsas səhİfə
  • Haqqımızda
    • Tabeçilik
    • Tarixi
    • Missiya və vizyon
    • Struktur
    • Müşahidə Şurası
    • İdarə Heyəti
    • Maliyyə hesabatı
    • İllik hesabat
  • Kredİt təşkİlatları
    • Müvəkkil kredit təşkilatları
    • MKT-lər üçün müraciət qaydası
  • Bİznes layİhələrİ
    • Rayonlar üzrə
  • Hüquqİ baza
    • Qanunlar
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Fərmanlar və Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Daxili qaydalar
  • Medİa
    • Xəbərlər
    • Elanlar
    • Videoqalereya
    • Fotoqalareya
  • Əlaqə
    • Əlaqə vasitələri
    • Əlaqə
    • Tez-tez verilən suallar
AZ
  • AZ
  • EN
AZ
  • AZ
  • EN

messages.Əlaqə_məlumatları

  • Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6
  • (+994 12) 310-23-01
  • info@edf.gov.az
Bağla
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Previous Next

Babək rayonunda sahibkarlar üçün dəstək mexanizmləri təqdim olunub


  • Tədbirlər
  • 19 fevral 2026
  • 222

Fevralın 18-də Babək rayonunda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri və rayon sahibkarları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov görüş iştirakçılarını salamlayaraq, rayonda ötən il əldə edilən sosial-iqtisadi inkişaf göstəriciləri, sahibkarlığın inkişafı istiqamətində görülən işlər, yaradılan əlverişli biznes mühiti və dövlət dəstəyinin əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxışında bildirib ki, muxtar respublikada müxtəlif sahələr üzrə müşahidə olunan inkişaf meyillərinin davamlılığı sahibkarlıq subyektlərinin fəallığından birbaşa asılıdır.


Nazir sahibkarları regionun mövcud iqtisadi potensialından və dövlət tərəfindən təqdim edilən dəstək mexanizmlərindən səmərəli istifadə etməyə, yeni investisiya təşəbbüsləri ilə çıxış etməyə və fəaliyyətlərini genişləndirməyə çağırıb. Vurğulanıb ki, qarşıdakı əsas məqsəd sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsidir və bu hədəfə dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi ilə nail olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının üzvü, iş adamı Rafiq Əliyev çıxışında sahibkarlıq fəaliyyətindən bəhs edib, dövlət tərəfindən yaradılan imkanlardan faydalandığını və dövlətin iş adamları üçün yaratdığı imkanlara görə minnətdarlığını ifadə edib.

Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən sahibkarlar üçün dəstək mexanizmləri, güzəştli kreditlərin verilməsi qaydaları, eləcə də yeni vergi və sosial sığorta güzəştləri barədə təqdimatlar edilib.

Son xəbərlər

İqtisadi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev “Prestij-Naxçıvan Pivəsi” MMC və “Güvən Qida” MMC-nin fəaliyy...

  • 14 sentyabr 2026
  • 7
İqtisadi

Maliyyələşdirilmiş kreditlər hesabına 154 yeni iş yerinin yaradılması imkanları mövcud olacaq

  • 25 avqust 2026
  • 62
İqtisadi

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr...

  • 25 avqust 2026
  • 74
Rəsmi

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubadda vətəndaşları qəbul edib

  • 14 avqust 2026
  • 291
Rəsmi

Nazir Kazım Hüseynəliyevin Ordubad rayonundakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

  • 7 avqust 2026
  • 263
İqtisadi

İqtisadiyyat Nazirliyində quşçuluq sənayesinin inkişaf perspektivləri müzakirə olunub

  • 30 iyul 2026
  • 304

Haqqımızda

  • Tarixi
  • Missiya və vizyon
  • Struktur
  • Müşahidə Şurası
  • Maliyyə hesabatları
  • İllik hesabatlar

Kredit təşkilatları

  • Müvəkkil kredit təşkilatları
  • MKT-lər üçün müraciət qaydası

Biznes layihələri

  • Rayonlar üzrə

Hüquqi baza

  • Qanunlar
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Fərmanlar və Sərəncamlar
  • Nazirlər Kabinetinin qərarları

Media

  • Xəbərlər
  • Elanlar
  • Videoqalereya
  • Fotoqalareya

Əlaqə

  • Əlaqə vasitələri
  • Əlaqə
  • Tez-tez verilən suallar

Əlaqə məlumatları

  • Ünvan

    Naxçıvan şəhəri Heydər Əliyev prospekti 6

  • Telefon

    (036) 544 00 52

  • E-poçt

    info@nedf.gov.az

© Copyright 2026 NMR Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bütün hüquqlar qorunur.