Tələb olunan sənədlər
1. Sahibkarlıq subyektinin ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənədin əsli
2. Bütün kreditlər üzrə investisiya layihəsi - biznes plan (məlumatların doğruluğu müvəkkil kredit təşkilatı və sahibkarlıq subyektinin səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilməklə)
3. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı (əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilməklə)
4. Kommresiya hüquqi şəxsin dövlət reyestrindən çıxarışının və ya fiziki şəxsin VÖEN-inin surəti (əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilməklə)
5. Fiziki şəxsin və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilməklə
6. Hüquqi şəxsə aid normativ hüquqi sənədlər ( Nizamnamə,Direktorun təyin olunması ilə əlaqədar Əmrdən çıxarışının surəti və s)
7. Sahibkarlıq subyektinin təqdim etdiyi investisiya layihəsi üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri (əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilməklə)
8. Girov predmetinin sənədlərinin surəti və onun qiymətləndirilməsi haqqında məlumat
9. Avadanlığın alınmasına dair ilkin razılaşma sənədinin (əsas texniki-iqtisadi göstəriciləri barədə məlumat əlavə olunmaqla) surəti
10. Avadanlığın qiymətləndirilməsi haqqında sənədin surəti
11. Sahibkarlıq subyekti tərəfindən avadanlığın qiymətləndirilmiş satış dəyərinin minimum 20%-i (yerli istehsal məhsulu olan avadanlıqlar üçün 10%) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş həcmində bank hesabında vəsaitin olmasını (və ya müqaviləyə uyğun olaraq satıcıya ödənildiyini) təsdiq edən sənədin surəti
12. İnvestisiya layihəsi üzrə tikintisi həyata keçiriləcək obyektin rəsmi təsdiq edilmiş layihəsinin surəti (əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilməklə)
Qeyd: * Avadanlıq krediti üçün tələb olunur
** Tikinti obyekti nəzərdə tutulan layihələr üçün tələb olunur
